Trampın Afrika ilə bağlı misilsiz planları | VİDEO

   Trampın Afrika ilə bağlı misilsiz planları    | VİDEO
  03 İyul 2025    Oxunub:914
ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların Afrikadakı mövcudluğunu gücləndirmək məqsədilə bir sıra Afrika liderlərinə “inanılmaz kommersiya imkanları” təqdim etməyə hazırlaşır.
AzVision.az xəbər verir ki, “Semafor” portalının yazdığına görə, Tramp Ağ Evin qitədə “inanılmaz ticarət imkanları”тж müzakirə etmək üçün gələn həftə beş Afrika lideri ilə görüşəcək.

“Tramp diqqətini qitənin əsas faydalı qazıntı yataqlarına nəzarətə yönəltməklə ABŞ-nin Afrikadakı maraqlarını gücləndirəcəyini vəd edib”, - portal bildirir.

Belə ki, bir çox Afrika ölkələrinin güvəndiyi Amerika yardımının kəskin şəkildə azalması onların Vaşinqtonla diplomatik münasibətlərinin korlanmasına səbəb olub, Çin və Rusiya isə regionda iştirakını artırıb.

Məsələn, iyunun sonunda Rusiya prezidenti Vladimir Putin Moskvada Malinin lideri Assimi Qyotanı qəbul edib.

Görüş zamanı siyasətçilər ikitərəfli əməkdaşlığın, o cümlədən ticarət-iqtisadi və investisiya sahələrinin gələcək inkişafı, regional və beynəlxalq gündəlikdəki bir sıra aktual məsələləri müzakirə ediblər. Bundan əlavə, ölkələr arasında münasibətlərin əsasları, hökumətlərarası komissiyanın yaradılması, eləcə də “dinc atom”dan istifadə sahəsində əməkdaşlıq haqqında sazişlər imzalanacaq.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Afrika  



Xəbər lenti